ILLA-PLAST

ILLAPLAST təməli 2007 ci ildə qurulmuş bir şirkətdir və izolyasiya məhsulları təminatında geniş sahələri əhatə etmişdir. Daim dinamik inkişafda olan ILLA-PLAST müştərilərinə onların ən iddialı layihələrini gerçəkləşdirmək üçün yaxından kömək edir. Çeşidlərimiz sayəsində istehlakçıların xüsusi məhsul tələblərinə cavab veririk.

Bu gün ILLAPLAST məhsulu aşağıdakılar üçün istifadə olunur:

  • Divarları, tavanları, çatıları, çardaqları, mansardların və zirzəmilərin izolyasiyası
  • Su təchizatı və istilik sistemlərində boru kəmərlərinin və fitinqlərin izolyasiyası
  • Texnoloji avadanlıqların izolyasiyasi
  • Mərtəbələr ve divarlar arasında səs izolyasiyası
  • Istehlak mallarının qablaşdırılması üçün

ILLA-TEX

Azərbaycanda yenicə qurulan ILLATEX zavodu, yeganə və alternativsiz texniki tekstil istehsalçısıdır. Məhsullarımız yüksək alman texnologiyası ilə hazırlanır və dünya standartlarına uyğundur. ILLATEX Azerbaycanda  mebel sektorunda çalışan sahibkarların işini asanlaşdırır və tələblərinə tam cavab verir.

Bu gün ILLATEX məhsulu aşağıdakılar üçün istifadə olunur:

  • Yaylı döşək və divan istehsalında
  • Avtombolinin interyer izolyasiyasında
  • Döşəmələrdə beton və xalça arasında izolyasiya təbəqəsi
  • Tünel və dayaq divar kimi şaquli tətbiqlər
  • Dəlikli boru örtükləri
  • Süzgəc üçün
  • Drenaj kanalı
  • Dam drenajı
  • Dənizkənarı binalar
  • Arakəsmələr üçün